Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
16:40 - 9 Dekabr 2024
Ukrayna Silahlı Qüvvələrinin çox vaxtı yoxdur, Rusiya ordusu respublikada asayişi bərpa edəcək.
Manset.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" kanalında bildirib.
Kadırov həmçinin qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllində əsas addımı Amerika lideri Donald Tramp deyil, Rusiya prezidenti Vladimir Putin atacaq.
Bir gün əvvəl Tramp "New York Post"a verdiyi müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülhə hazır olduğunu və atəşkəs istədiyini qeyd edib. O, həmçinin Putini bu mövzuda tədbir görməyə çağırıb.
Eyni zamanda, Ukrayna prezidenti özü də vurğulayıb ki, təhlükəsizlik zəmanəti olmayan atəşkəs hər an yenidən alovlana bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin