Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
16:21 - 9 Dekabr 2024
Rusiya hökuməti rus dilini bilməyən miqrantların uşaqlarının rus məktəblərinə qəbulunu qadağan edən qanun layihəsini dəstəklədiyini bildirib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin keçmiş üzvü Svetlana Bessarab, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin məktəblərə rus dilini başa düşməyən uşaqların qəbulunu qadağan etməyi təklif etməsinə şərh verərək bildirib.
Onun sözlərinə görə, miqrant uşaqları məktəbə gəlməzdən əvvəl rus dilini öyrənməlidirlər. Həmin uşaqları hazırlıq kurslarına göndərmək lazımdır.
Daha əvvəl, Zabayıkalı bölgəsinin deputatlarının Rusiya məktəblərində miqrant uşaqlarının təhsil alması üçün yeni tələbləri nəzərdə tutan qanun layihəsini müzakirə etdikləri bildirilmişdi. Xarici vətəndaşlar yalnız rus dilini biliklərini təsdiq edən imtahandan müvəffəqiyyətlə keçdikdən sonra məktəbə qəbul ediləcəklər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin