“Moskva dostlarına xəyanət etmir”

12:39 - 9 Dekabr 2024

“Moskva dostlarına xəyanət etmir”

“Bəşər Əsəd və ailəsi Moskvadadır. Rusiya çətin vəziyyətdə dostlarına xəyanət etmir”

 

Manset.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, Rusiya bu çətin anlarda Suriya Prezidenti Bəşər Əsədi tək qoymayıb.

"Bəşər Əsəd və ailəsi Moskvadadır. Rusiya çətin vəziyyətdə olan dostlarına xəyanət etmir", - Ulyanov "Telegram"da yazıb.

Xatırladaq ki, dekabrın 8-də müxaliflər Dəməşqi ələ keçirib, 24 ildən sonra ölkəni idarə edən Bəşər Əsəd Suriyanı tərk edib.

ABŞ Prezidenti Co Bayden Suriya prezidenti rejiminin devrilməsini “ədalətin qələbəsi” olaraq qiymətləndirib.

O, Suriyadakı qeyri-sabit vəziyyətin yeni risklərlə dolu olduğunu etiraf edib və bu keçid dövründə region ölkələrinə və Suriyaya yardım etməyi vəd edib.

 

 

 

 


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin