Vəfa Cəlilovanın diplomu olmadığını yazdı - Məhkəməlik oldu

12:36 - 9 Dekabr 2024

Vəfa Cəlilovanın diplomu olmadığını yazdı - Məhkəməlik oldu

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə bu dəfə həkim-kosmetoloq Vəfa Cəlilova arasında mübahisə düşüb.


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, jurnalist bu dəfə V.Cəlilovanın diplomunun olub-olmamasını hədəf seçib. O bildirib ki, Cəlilova ilə bağlı ona şikaylər gəlib. Ataşova da həkimlə əlaqə saxlayaraq, məsələni ictimailəşdirmədən əvvəl diplomunun görüntüsünü atmasını istəyib. 

"İzləyicilərim mənə yazdı ki, doktor Vəfa Cəlilova bizim şəxsi yazışmamızı paylaşıb. Mən isə hələlik bunu etik saymadığım üçün şəxsi yazışmalarımızı paylaşmıram. Amma təbii ki, bütün səs qeydlərini paylaşacağam. Vəfa xanıma noyabrın 24-dən yazıram və bildirirəm ki, sizin o çox dəyərli Heidelberg Universitetindən aldığınız tibb diplomunuzu görmək istəyirəm. Çünki izləyicilər dayanmadan burada bir yalanın olduğunu yazır. Əlavə edim ki, Heidelberg Universitetində dermatologiya üzrə təhsil almaq 6-8 il çəkir, üstəlik, rezidentura 5-6 il davam edir. Yəni bu, uzun və zəhmət tələb edən bir təhsil prosesidir. Mən sadəcə olaraq, Heidelberg Universitetindən olan diplomunuzu görmək istəyirəm ki, izləyicilərə də əminliklə deyə bilim" deyə, jurnalist paylaşımında yazıb.

Q.Ataşova bildirib ki, bunu izləyicilərin istəyi ilə təkid edib:

"Belə möhtəşəm və şərəfli bir diplomu niyə hamıdan gizlədirsiniz ki? Sadəcə göstərsəydiniz, mən də rahatlıqla deyərdim ki, “Bəli, Vəfa xanımın diplomu var.” Bununla həm siz rahatlayardınız, həm də məni bu qədər narahat edən izləyicilər sakitləşərdi. Sizin diplomunuzla yalnız fəxr edə bilərəm. Axı bu boyda “müharibə” nəyə lazım idi? 15 günə yaxın idi diplomatik danışıq gedirdi aramızda.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı adlı şəxs qeydə alınmayıb. Yəni, bu adda hər hansı bir şəxs haqqında heç bir məlumat mövcud deyil. Bu o deməkdir ki, əgər sizin Almaniyanın Heidelberg Universitetindən diplomunuz mövcud olsaydı, həmin diplomu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təsdiq üçün verməli idiniz. O zaman tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət reyestri xidmətinə adınız mövcud olmalı idi və bunun əsasında sizin həkim kimi fəaliyyətiniz təsdiqlənməli idi. Sizin adınız qeydiyyatda tapılmadığı üçün sizi “təbrik edirəm”. Bu vəziyyət diplomunuzun mövcudluğunu və ya onun təsdiqlənməsini sual altına qoyur. Əgər diplom sizdədirsə, rica edirəm gedin təstiq etdirin".

Həkim-kosmetoloq Vəfa Cəlilovanın jurnalistə cavabı gecikməyib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib:

"Qənirə xanım Azərbaycan xalqı üçün narahat olub səhiyyə sahəsində baş verənləri ancaq işıqlandıra bilər. Amma ona Azərbaycanda illərdir fəaliyyət göstərib, öz xalqına xidmət edən, vergi ödəyən həkimlərdən hər hansısa sənəd tələb etmək haqqını heç kim verməyib. Bunun üçün dövlətimizin müvafiq qurumları var, hansı ki, lazım olanda planlı və plandankənar mütəmadi yoxlamalar edir, lazım olan sənədləri tələb edir və özü də tədbirlər görür. 

Uzun zamandır ki, bu mövzu üzərində çox düşünürəm: nəyə görə məhz həkimlər, mən və mənim kimi dövlətinə xidmət edənlər? Bu gün mən lisenziyalı klinika sahibi və yüksək vergi ödəyicisi olaraq klinikamda 15 dən çox sertifikatlı əsl həkim adına laiq insanlarla çalışıram. Mənə olan bu hörmətsizliyi cavabsız qoyacağımı heç kim düşünməsin!".

V.Cəlilova bildirib ki, onu şantaj edirlər:

"Bu gün şantaj olunuram və bu mənim, yaxınlarımın sağlamlığıma və nüfüzuna xələl gətirmək istəyən insanların mənim üçün oynadığı oyundur. Ancaq mən bu yolda da dürüst olduğumu, hüquq-mühafizə orqanlarına hər zaman subut etmişəm və edəcəyəm də. Həmin sifarişçi qrupun kim olduğunu da subut edəcəyəm, eyni zamanda hər birinin əleyhinə qanunsuz davranışlarına dair subutlar var. Unutmayın, mənim əxlaqi dəyərim hər şeydən və hər kəsdən dəyərlidir".

Həkim-kosmetoloq Q.Ataşovanın ondan diplom istəməsini qanunsuz adlandırıb:

"Üzr istəyirəm Qənirə xanım, mən də başqa həkimlərimiz kimi susub sizin dediklərinizə əməl etməliydim? Hansı sifətlə məndən nəsə tələb edə bilərsiniz? Ətrafımda hər kəs mənim nə qədər prinsipial olduğumu bilir, siz ilk öncə kimdənsə sənəd tələb edəndə, özünüzün kim olduğunuzu xatırlayın!".

V.Cəlilova məsələ ilə bağlı jurnalisti məhkəməyə verdiyini bildirərək, vəkilini və şikayət ərizəsini paylaşıb. 

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin