Suriya müxalifəti dekabrın 8-ni milli bayram elan etdi

01:30 - 09 Dekabr 2024

Suriya müxalifəti dekabrın 8-ni milli bayram elan etdi

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.

“Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir”, - deyə koalisiyanın bəyanatında deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv