"Şuşada möhtəşəm irəliləyiş gördük" - Fuad Oktay

21:07 - 8 Dekabr 2024

Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşada möhtəşəm irəliləyiş gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq.

 

Manset.az xəbər verir ki, bunu Şuşada Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay deyib.

“Şuşa yenidən şairlərin, yazarların, elm adamlarının görüşdüyü və yaratdığı bir yer olacaq. Şuşanın tezliklə dünya səviyyəsində turizmin sahəsində bir marka olacağına inanırıq. Biz Şuşada Azərbaycanın müstəqilliyi və bütövlüyünü hiss etdik və ən gözəl hisslər budur”, – deyə komitə sədri bildirib.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin