"Zirə" qalib gəldi

18:07 - 08 Dekabr 2024

\"Zirə\" qalib gəldi

Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.

 

Manset.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərinu cəzalandırıb.

48-ci dəqiqədə İssa Cibrila adını tabloya yazdırıb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.

Bu qələbə sayəsində "Zirə" xallarının sayını 26-ya çatdırıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv