Balakəndə ev yandı

16:55 - 08 Dekabr 2024

Balakəndə ev yandı

Dekabrın 8-də saat 13 radələrində Balakən rayonu Şərif kəndində Heybulla Süleymanova məxsus evdə yanğın baş verib.

 

Manset.az xəbər verir ki, odun sobasından çıxan alov nəticəsində ümumi sahəsi 140 kv metr olan 4 otaqlı evin 2 otağı və çardağı tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinə cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv