Cəbrayılda yanğın oldu

17:31 - 26 İyun 2021

Cəbrayılda yanğın oldu

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Cəbrayıl rayonu ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.


Xəbər xətti

13 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin