Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var - FHN

17:25 - 07 Dekabr 2024

Azərbaycanda güclü PARTLAYIŞ - Yaralılar var - FHN

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verməsilə bağlı məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

16:10

Tovuzda partlayış olub.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb. Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb.

Əraziyə FHN-nin və huquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv