Notr-Dam 5 il aradan sonra yenidən açılır

11:11 - 7 Dekabr 2024

Notr-Dam 5 il aradan sonra yenidən açılır

2019-cu ildəki yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə paytaxtın polis prefekturasının rəisi Loran Nunyes məlumat verib.

O vurğulayıb ki, kilsənin yerləşdiyi Site adasının ətrafındakı qapalı perimetrin mühafizəsi üçün 6 min polis və jandarma əməkdaşı cəlb olunacaq.

Onlardan əlavə, yaxın ərazilərdə hərbçilər və xilasedicilər növbə çəkəcəklər. Dekabrın 8-nədək bir neçə metro stansiyası bağlanacaq və adada və Senanın sol sahilindəki sahilyanı məhəllələrdə avtomobil hərəkəti tam dayandırılacaq - sağ sahildə nümayəndə heyətlərinin keçidi zamanı vaxtaşırı bağlanmalar olacaq. Adaya yalnız piyada getmək mümkün olacaq, lakin kilsənin qarşısındakı meydana yalnız dəvətnamə ilə buraxılacaq.

Təhlükəsizlik perimetri daxilində bütün restoranlar və suvenir mağazaları bağlı olacaq. Bəzi müəssisə sahibləri bütün həftə sonu ərzində gəlir itirəcəklərindən narazı olsalar da, dünyanın müxtəlif ölkələrində yayımlanacaq geniş mərasimin gələcəkdə daha çox turist sayəsində itkiləri qismən kompensasiya edəcəyinə ümid edirlər.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin