Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
09:49 - 7 Dekabr 2024
Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib.
Manset.az xəbər verir ki, dövlət başçısı televiziya ilə müraciətində hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib.
Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib.
Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə başlayıb. Məsələ dekabrın 7-də parlamentdə səsverməyə qoyulacaq. İmpiçmentin təsdiqi üçün 300 yerlik parlamentin ən azı üçdə ikisi (200 deputat) onun lehinə səs verməlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin