CHP lideri Bakıya gəlir? - AÇIQLAMA

19:59 - 6 Dekabr 2024

CHP lideri Bakıya gəlir? - AÇIQLAMA

Milli Məclisdə dekabrın 6-dan 8-dək "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.

 

Manset.az xəbər verir ki, 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

Türkiyədən 60-dan çox deputatından da Azərbaycana gələcəyi bildirilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oqtay artıq Bakıdadır.

Sosial şəbəkələrdə və Türkiyənin bir sıra mətbuat orqanlarında Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin də tədbirə qatılacağı barədə iddialar yayılıb.

Modern.az bu barədə məlumat öyrənmək üçün CHP sədrinin müavini İlhan Üzgellə əlaqə saxlayıb. O bildirib ki, Özgür Özəl tədbirdə iştirak etməyəcək:

"Bir qrup CHP-çi millət vəkilləri konfransa qatılacaqlar. Cənab Özgür Özəl tədbirdə iştirak etməyəcək. Onun yerinə Türkiyə Böyük Millət Məclisində CHP fraksiyasının sədrinin müavini Murad Əmir tədbirə qatılacaq".


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin