"Oreşnik" Belarusa yerləşdiriləcək?

14:18 - 6 Dekabr 2024

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Belarusda Rusiyanın "Oreşnik" raket komplekslərinin yerləşdirilməsinin mümkünlüyü barədə qərarı hər iki ölkənin liderləri milli təhlükəsizlik mülahizələri əsasında qəbul edəcəklər.

 

Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

“Belə qərarlar iki ölkənin prezidentləri tərəfindən milli təhlükəsizlik mülahizələrini rəhbər tutaraq qəbul edilir”, - o deyib.

Noyabrın 21-də Putin elan edib ki, hərbçilər Ukraynanı ən yeni orta mənzilli raket sistemlərindən biri - nüvəsiz "Oreşnik" ballistik raketi ilə vurublar.

Noyabrın 28-də o, bu sistemlərin kütləvi istehsalına başlanıldığını açıqlamışdı.

2023-cü ildə Putin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı prezident Aleksandr Lukaşenko ilə razılaşdığını elan edib. Belarusa taktiki nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” raket sistemi verildi.

 


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin