İran kosmosa orbital ötürmə aparatını buraxdı

15:08 - 6 Dekabr 2024

İran kosmosa orbital ötürmə aparatını buraxdı

İran peykləri bir orbitdən digərinə aparmaq üçün hazırladığı orbital ötürmə aparatını kosmosa çıxarıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, çəkisi 300 kiloqram olan “Saman 1” orbital ötürmə aparatı və onu müşayiət edən 2 tədqiqat yükü uğurla kosmosa çıxarılıb və İranın Simnan əyalətindəki İmam Xomeyni kosmodromundan maye yanacaqla işləyən “Simurq” peyk daşıyıcısı ilə orbitə çıxarılıb.

Müdafiə Nazirliyinin istehsal etdiyi maye yanacaqla işləyən “Simurq” peyk daşıyıcısı 300 kiloqramlıq faydalı yükü uğurla orbitə çıxararaq, İranın peyk daşıma qabiliyyətində yeni çıraqlar açıb.

Peykləri bir orbitdən digərinə köçürmək və orbital hündürlüyünü artırmaq üçün nəzərdə tutulmuş orbital ötürmə vasitəsi (kosmik qoşqu) raketlə peyk arasında əlaqə vasitəsi kimi fəaliyyət göstərir.

Peyk ilkin orbitə yerləşdirildikdən sonra ötürmə vasitəsi işə düşür və peykin hədəf orbitə çatmasını təmin etmək üçün yanacaq mühərrikləri və istiqamətləndirici mexanizmlərdən istifadə edir.

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin