Bu ölkədə prezident seçkilərinin nəticələri ləğv edildi

17:03 - 6 Dekabr 2024

Bu ölkədə prezident seçkilərinin nəticələri ləğv edildi

Rumıniyanın Konstitusiya Məhkəməsi ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Dekabrın 2-də Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini təsdiqləyib, bundan sonra ölkə prezidenti Klaus İohannis Daxili İşlər Nazirliyinin və kəşfiyyat xidmətlərinin seçki kampaniyası zamanı pozuntular barədə hesabatlarını açıqlayıb. Nəticədə, dekabrın 6-da Rumıniya vətəndaşlarının artıq xarici seçki məntəqələrində ikinci turda səs verməyə başlamasına baxmayaraq, məhkəmə ictimai təzyiq altında yeni şikayətləri təhlil edib .

Konstitusiya Məhkəməsi cümə günü prezident seçkilərinin birinci turunun ləğvi barədə qərar qəbul edib, rəsmi mənbələr bildiriblər. Bu o deməkdir ki, bütün prezident seçkiləri prosesi yenidən başlayır ”, - deyə bəyanatda qeyd olunub.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin