Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
17:56 - 6 Dekabr 2024
Türkiyənin tanımış aşpazı Somer Sivrioğlu həbs olunub.
Manset.az xəbər verir ki, "Masterchef" proqramının münsiflər heyətində təmsil olunan aşpaz 5 ildən çox müddətə azadlıqdan məhrum edilib.
O, 2022-ci ildə İstanbulda Etiler məhəlləsində yerləşən restoranın qarşısında baş verən faciəyə görə hakim qarşısına çıxıb. Restoran divarının uçması nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Sivrioğlu və onunla bərabər ittiham olunan digər şəxslər divarın uçması nəticəsində insanların ölümü və ya yaralanması ehtimalını nəzərə almadan, təmir və ya gücləndirilmə işlərini aparmadan divarı istifadə etməyə davam ediblər.
Məhkəmə Somer Sivrioğlu barəsində 5 il 6 ay 20 gün həbs qərarı verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin