Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.
Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.
İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur.
Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin https://culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirildi
15:04 - 06 Dekabr 2024








Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış + Video

Azər Məmmədov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

“Instagram”dan yeniyetmələr üçün məhdudiyyətlər

Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatıb

Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq

Bu qidalar stressə səbəb olur: YEMƏYİN...

Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - FOTO

Prezident və ailəsi “Sea Breeze”də - Fotolar - YENİLƏNİB

Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi

Su basmış ərazilərdə tədbirlər görülür - VİDEO

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bu dərmanların istehsalına dair tələblər dəyişdi
Xəbər xətti
- 18 Aprel 2025
- 20:42 Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış + Video
- 20:30 "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- 20:21 Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
- 20:14 Azər Məmmədov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
- 20:02 "Cəsarət və sədaqət olmadan ədalət təmin edilmir"
- 19:55 “Instagram”dan yeniyetmələr üçün məhdudiyyətlər
- 19:46 Rusların 80%-i Putinə güvənir-Sorğu
- 19:35 Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatıb
- 19:27 Fizika qaydalarını alt-üst edən maddə - YENİ KƏŞF
- 19:21 Rusiya və Ukrayna əsir mübadiləsi edəcək
- 19:05 Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
- 18:55 Bu qidalar stressə səbəb olur: YEMƏYİN...
- 18:44 Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - FOTO
- 18:36 Prezident və ailəsi “Sea Breeze”də - Fotolar - YENİLƏNİB
- 18:27 Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi
- 18:21 Sahibə Qafarova Rusiyada mühüm iclasda çıxış etdi - FOTOLAR
- 18:12 Su basmış ərazilərdə tədbirlər görülür - VİDEO
- 18:04 Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - FOTO
- 17:55 Azad olunmuş ərazilərə bu qədər vəsait xərcləndi
- 17:48 Məhkəmə tiktokerlərlə bağlı qərarını ELAN ETDİ
- 17:45 Pulsuz internet inqilabı başlayır - Wi-Fi-yə ehtiyac qalmayacaq
- 17:39 Azərbaycanın dövlət borcunun MƏBLƏĞİ
- 17:25 “Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev
- 17:16 Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
- 17:15 Ukraynada səfərbərlik uzadıldı
- 17:06 “Müasir köçərilər”in kanal həyatı
- 16:30 Prezident pravoslav xristian icmasını təbrik etdi
- 16:18 Bu dərmanların istehsalına dair tələblər dəyişdi
- 16:00 "İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır" - Fərid Həsənzadə
- 15:55 Əl barmaqları yerinə ayaq barmaqları köçürüldü - Tibdə möcüzə
- 15:52 Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı
- 15:28 Bakının bu küçələri bağlanır - Sürücülərin NƏZƏRİNƏ
- 15:21 38 yaşlı kapitanla müqavilə uzadıldı
- 15:06 Xarici diplomatlar Şuşada - FOTOLAR
- 14:59 3 övladının gözü önündə ərini öldürdü - Həbsdən azad edildi
- 14:51 Bakı-Quba yolunda QƏZA - Sürücü öldü
- 14:46 Təyyarədə siqaret çəkdi - Yerə enəndə...
- 14:41 Səhiyyə Nazirliyindən bu plastik cərrahlarla bağlı AÇIQLAMA
- 14:35 Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı
- 14:23 Təyyarə Bakıda məcburi eniş etdi
- 14:22 Mavi Halqalı Ahtapot AŞKARLANDI- 50 ildə ilk
- 14:16 Belarusun İrəvandakı səfiri vəzifəsindən azad edildi
- 14:06 “Ayaqqabını çöldə çıxarın” - Türk ənənəsi Avropada
- 13:59 Uşaq hüquqları ilə bağlı məlumat bankı yaradılacaq
- 13:55 Ağcaqanadlardan öldürücü yeni epidemiya yayılıb
- 13:50 Daha bir alman klubu Mahir Emrelini istəyir
- 13:47 Qazi Hacı Vəliyevin həbs müddəti uzadıldı
- 13:44 İran prezidenti bu tarixdə Azərbaycana səfər edəcək
- 13:33 "Galatasaray – Bodrum" FK oyununun VAR hakimi bəlli oldu
- 13:10 Baş nazirdən onların maaşı ilə bağlı QƏRAR
- 12:55 ABŞ Suriyadan qoşunlarını çıxarır?

