Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
16:57 - 6 Dekabr 2024
Dekabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Təbiətin Nəfəsi” adlı rəsm sərgisi keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, Oxu Tədris Mərkəzinin rəhbəri Tale Məmmədov, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, xüsusi qayğıya ehtiyacı olan müxtəlif yaş qruplarından rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Manset.az xəbər verir ki, sərgi Oxu Tədris Mərkəzinin 40 nəfərdən ibarət xüsusi qayğıya ehtiyacı olan rəssamlarının əsərlərini təqdim edib. Ekspozisiyada müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfədir. Hazırda bütün ölkələr üçün ekoloji mühitin yaxşılaşdırılması və bu istiqamətdə adekvat addımların atılması prioritetdir. Bu cür sərgilərin keçirilməsində məqsəd vətəndaşları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir. Bəxtiyar Nəbiyev Azərbaycanın bu sahədə liderliyini vurğulayaraq bildirib ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu təşəbbüs həm Azərbaycanın beynəlxalq nüfuzunu artırır, həm də dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyətin davam etdiyini göstərir. Bəxtiyar Nəbiyev çıxışında xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə də uşaqların inkişafına və reabilitasiyasına göstərilən dövlət səviyyəli diqqətdən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yüksək standartlara cavab verən tibbi və sosial reabilitasiya infrastrukturu formalaşdırılıb. Bu gün də dövlətimiz tərəfindən yüksək səviyyədə bu dəstək göstərilir və xüsusi diqqətdə saxlanılır.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və Oxu Tədris Mərkəzinin rəhbəri Tale Məmmədov sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlıqlarını bildiriblər. Çıxışlarda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Bu cür tədbirlərin ekoloji şüurun inkişafında və gənclərin fəallığının artırılmasında mühüm rol oynadığı vurğulanıb.
Çıxışlardan sonra rəssamlara medallar və diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin