Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
16:35 - 6 Dekabr 2024
Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və “Bayram şamları”) yutubda erməni musiqisi kimi təqdimatının qarşısı alınıb.
Manset.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ş.Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi yutubun “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi araşdırma zamanı müəyyən edilib.
Qeyd olunub ki, mərhum müğənninin yutubda əmlak hüquqlarının idarəçiliyini Bakıda fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Əqli Mülkiyyət Agentliyi həmin şirkəti işə cəlb etməklə görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan dörd videonun yutubun “BehrooZ Abshar” səhifəsindən silinib.
Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısının yutubun “BehrooZ Abshar” səhifəsində erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb və silinməsinə nail olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin