Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

15:14 - 6 Dekabr 2024

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəməsinin İnzibati kollegiyasının hakimi İlqar Hüseynovun təqaüdə yola salınıb.

 

Manset.az xəbər verir ki,  Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov İlqar Hüseynov uzun illər məhkəmə sistemində çalışdığını, 2013-cü ildən isə Ali Məhkəmədə hakim kimi səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Onun bundan sonrakı fəaliyyətində də öz zəngin təcrübəsi ilə Ali Məhkəmənin və bütövlükdə hüquq ictimaiyyətinin inkişafına dəstək göstərəcəyinə ümidvar olduğunu vurğulayıb.

İlqar Hüseynov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya  görə təşəkkür edib. 

Sonda İlqar Hüseynova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.



Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin