Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
14:50 - 6 Dekabr 2024
Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemlərlə bağlı şikayətlərini görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər apteklərində yaşanır. Bu vasitələr dövlət tərəfindən pulsuz təmin edilsə də, say məhdudiyyəti səbəbilə bir çox xəstə onları apteklərdən öz hesabına almağa məcbur qalır. Gün ərzində bir neçə dəfə şəkər səviyyəsini yoxlamalı olan xəstələr üçün dövlət tərəfindən ödənişsiz təqdim edilən vasitələr kifayət etmir.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Ülviyyə Əhmədovanın sözlərinə görə, hazırda Azərbaycanda təxminən 400 minə yaxın şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bu xəstələr iki qrupa ayrılır və onların arasında birinci tip diabet xəstələrinin 1350 nəfəri Bakıda qeydiyyatdan keçib. O qeyd edib ki, paytaxtda qeydiyyatda olan xəstələrdə təminat problemi yaşanmır.
Ülviyyə Əhmədova həmçinin vurğulayıb ki, şəkərli diabet xəstələrinə təqdim olunan illik tibbi yardımın həcmi, inyeksiya vasitələri, insulin, digər şəkərsalıcı dərmanlar və özünənəzarət vasitələrinin sayı, həmçinin bu vasitələrlə təminat prosesi Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 87 nömrəli qərarı ilə tənzimlənir.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, 2005-ci ildən bu yana ölkədə şəkərli diabet xəstələrinin sayı altı dəfə artıb. Buna görə də müasir standartlara uyğun tibbi xidmətlərin təmin edilməsi üçün tədbirlər görülür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına uyğun olaraq dəyişikliklər layihəsi hazırlayıb. Həmçinin, qarşıdakı illərdə həyata keçirilməsi nəzərdə tutulan yeni dövlət proqramı üzərində iş gedir.
Təkliflərə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin və effektivliyinin artırılması, həmçinin mövcud çatışmazlıqların həlli daxildir. Eyni zamanda, ilkin tibbi xidmətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin