Santuş milli komandamızdan gedir - Yerinə o gətirilir

12:31 - 6 Dekabr 2024

Santuş milli komandamızdan gedir - Yerinə o gətirilir

Futbol üzrə Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi barədə xəbər yayılıb.
 

 

Manset.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Santuşun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz çıxışı səbəbindən AFFA-nın portuqaliyalı məşqçini istefaya göndərəcəyi gözlənilir.

Fernandu Santuşun məsələsinə AFFA İcraiyyə Komitəsinin dekabrın 13-də baş tutacaq iclasında baxılacağı bildirilir.

Bu arada tanınmış türkiyəli məşqçi Abdullah Avcının Azərbaycan milli komandasının sükanı arxasına gətiriləcəyi barədə xəbər də yayılıb. İddialara görə, Abdullah Avcının köməkçisi Öndər Karavəli artıq Bakıya gəlib.

Abdullah Avcının son iş yeri Türkiyə Superliqasında çıxış edən “Trabzonspor” klubu olub. 31 avqust 2024 tarixində onun "Trabzonspor”la müqaviləsi ləğv edilib.

A.Avcı daha əvvəl Türkiyədə “İstanbulspor”, “Qalatasaray”, “Başakşehir”, “Beşiktaş” kimi klubların baş məşqçisi işləyib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin