Məhkumları sevindirəcək xəbər - Güzəşt olunacaq

12:14 - 6 Dekabr 2024

Məhkumları sevindirəcək xəbər - Güzəşt olunacaq

İnsan hüquqları sahəsində hər zaman təkmilləşmələrin aparılmasına ehtiyac var.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.

O bildirib ki, 3 ay inzibati qaydada həbs olunan şəxslərlə bağlı layihədə təklifimiz var:

“Eyni zamanda ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin, yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb. Bir təklif isə uşaqlarla bağlıdır. Qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumu, nənəsi babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb", - sədr əlavə edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin