Hökümənin nəşi bu gün təhvil veriləcək
26 Dekabr 2024
01:30 - 6 Dekabr 2024
Moskva Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanması barədə nota ilə Varşavanı xəbərdar edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota göndərib və bildirib ki, Rusiyanın Poznandakı baş konsulluğunun Polşa hakimiyyəti tərəfindən bağlanmasına cavab olaraq, Rusiya tərəfi Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı 2025-ci il yanvarın 10-dan etibarən geri çəkir", - məlumatda bildirilib.
Bundan əlavə, Polşa baş konsulluğunun üç əməkdaşı "arzuolunmaz şəxs" elan edilib və onlar Rusiya ərazisini tərk etməlidirlər:
"Polşa tərəfinə bildirilib ki, Rusiyaya qarşı istənilən qeyri-dost addıma görə Moskva sərt cavab tədbirləri görüb və görməyə davam edəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin