Qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin SİYAHISI
26 Dekabr 2024
22:58 - 5 Dekabr 2024
Bakının Xətai rayonunda fəaliyyət göstərən "Ariva Center" oteldə yoxlama aparılıb.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yanğın-texniki müayinənin aparılmasına dair yoxlama Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilib.
Yoxlama zamanı "Ariva Center" oteldə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu quraşdırılmaması, yanğın söndürən balonlar yerdən 1.50 metr hündürlükdən asılmaması və digər pozuntular aşakarlanıb.
Buna görə otelin daxil olduğu "Cihan Hotel və Turizm" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol trətib edilib.
Məhkəmənin qərarı ilə "Ariva Center" otel 350 manat məbləğində inzibati cərimə edilib. "Cihan Hotel və Turizm" MMC-yə hüquqpozmanın aradan qaldırılması üçün bir ay vaxt verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin