İranın qadınlardan ibarət komandasının qapıçısı kişi çıxdı

13:55 - 15 Noyabr 2021

İranın qadınlardan ibarət komandasının qapıçısı kişi çıxdı

İran və İordaniya arasında keçirilən qadınlararası futbol matçı böyük əks-səda yaradıb.

Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, İordaniya Futbol Federasiyası İran millisini FİFA-ya şikayət edib.Belə ki, İran və İordaniya arasında keçirilən qadın futbol matçında İran penaltilər seriyasında qalib gəlib.  İordaniya Futbol Federasiyası FİFA-ya şikayət edərək, İran Qadın Milli Komandasının qapıçısının qadın deyil, kişi olduğunu iddia edib.

"Futbolçunun oynamağa yararlı olması ilə bağlı hər hansı şübhə varsa, dərhal araşdırma aparılmalıdır. FİFA-nı bu məsələdə iştirak etməyə dəvət edirik" - müraciətdə qeyd olunub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin