Dolların kursu dəyişir – Manatın məzənnəsi belə olacaq

22:20 - 5 Dekabr 2024

Dolların kursu dəyişir – Manatın məzənnəsi belə olacaq

Hazırda dünya siyasətində aktivlik müşahidə olunur. Fərqli regionlarda münaqişələr alovlanıb. Bu isə istər-istəməz dolların kursu, neft-qaz qiymətlərinə təsirsiz ötüşmür.

 

Neftin, qazın, xarici valyutanın yaxın vaxtlarda dünya bazarında mövqeyi necə olacaq?

Manset.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, bütövlükdə dünya bazarında volatillik müşahidə olunur.

O bildirib ki, hazırda "Brent" markalı neftin bir barreli 74 dollara təklif olunur:

"Yəni praktiki olaraq mövcud qiymət Azərbaycan üçün məqbul hesab oluna bilər. Amma 2025-ci il üçün fərqli proqnozlar var. Son proqnozlara əsasən, 2025-ci ildə neftin bir barreli 70 dollardan aşağı düşəcək. Əvvəlki proqnozlarda 70-80 dollar göstərilirdi, amma siyasi qərarlar qiymətlərə təsir etdi. OPEC+ öhdəliklərə riayət edib neft hasilatını artırmasa, qiymətlərdə ciddi dəyişiklik olmayacaq".

İqtisadçı qeyd edib ki, dolların kursunda xarici valyutalara nisbətən məzənnədə artım müşahidə edilir:

"Dolların məzənnəsinin səbət valyutalara nəzərən artması gələn il də müşahidə ediləcək.

Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olacaq. Neft qiymətlərində də dəyişiklik olmasa, manatla bağlı risk olmayacaq".


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin