Gəncəyə gələn Rusiya sakini milyonuncu sərnişin oldu

22:08 - 5 Dekabr 2024

Gəncəyə gələn Rusiya sakini milyonuncu sərnişin oldu

Gəncəyə hələn Rusiyanın Stavropol diyarının Budyonnovsk şəhərinin sakini Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hava limanının Teleqram kanalı məlumat yayıb.

Aeroportda qeydiyyatda olan milyonuncu sərnişin, Budyonnovskdan olan Yuri Kalyakin bacısı Nadejda ilə birlikdə “Azimut” aviaşirkətinin reysi ilə qohumlarını ziyarət etmək üçün Gəncəyə gedib. Yuriyə aviaşirkətdən və hava limanından xatirə hədiyyələri verilib.

2023-cü ildə Mineralnıye Vodı hava limanı beynəlxalq reyslərdə 900 mindən çox insana xidmət göstərib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin