Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
13:41 - 15 Noyabr 2021
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımın döyülməsinə münasibət bildirib.
DİN-in Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Manset.az-a bildirib ki, həkimin döyülməsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinə müraciət daxil olub.
“Hazırda Sabirabad Rayon Polis Şöbəsinin təhqiqat şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəsticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - o vurğulayıb.
Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxananın həkim-ginekoloq Lalə Kazımı 20 yaşlı Yeganə Mirzəyevanı hamiləlik ilə əlaqədar müayinə edib. Həkim daha sonra qadını Bakıdakı xəstəxanalardan birinə göndərib və o, orada ölüb.
Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək Lalə Kazımı ittiham edib və onu döyüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin