Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
19:30 - 5 Dekabr 2024
ATƏT-in Minsk qrupunun ləğvi qurumun effektiv fəaliyyətini təmin edəcək.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışına dair XİN-in “X” hesabındakı paylaşımda deyilir.
Nazir ölkəmizin dünyada sülh, təhlükəsizlik, dialoq və əməkdaşlığın əsasını təşkil edən Helsinki Yekun Aktı da daxil olmaqla, ATƏT sənədlərində göstərilən əsas norma, prinsip və öhdəliklərini yerinə yetirdiyini bildirib.
XİN rəhbəri çıxışında beynəlxalq hüququn pozulması, eləcə də Avropada islamafobiya daxil olmaqla etnik və dini dözümsüzlüyün mövcudluğu kimi faktlara diqqət çəkib.
Ceyhun Bayramovun toxunduğu növbəti məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı olub. Nazir deyib ki, bu addım qurumun effektiv fəaliyyətini təmin edəcək.
Azərbaycanın XİN başçısı iştirakçılara Azərbaycanla Ermənistan arasında mövcud birbaşa dialoqun uğurlu nəticələrindən, habelə Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı mövcud olan ərazi iddialarından da danışıb.
Ceyhun Bayramov sonda beynəlxalq ictimaiyyəti regionda vəziyyətin gərginləşməsinə yönələn təxribatçı addımlardan çəkinməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin