Gürcüstan Ukraynanın sanksiyalarına cavab verdi

17:44 - 5 Dekabr 2024

Gürcüstan Ukraynanın sanksiyalarına cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenski 5 dekabrda Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi barədə fərman imzaladığını açıqlayıb. Sanksiyalar "Gürcü Arzusunun" lideri Bidzina İvanişvili də daxil olmaqla, Gürcüstan hakimiyyətinə qarşı yönəlib. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaşidze Ukraynanın bu qərarını ölkənin çətin vəziyyətinin əks-sədası olduğunu vurğulayıb və qeyd edib ki, Ukrayna bu qərarı alarkən müstəqil deyil. Ukraynalı blogger Anatoliy Şariy isə bu sanksiyaların Zelenskinin özünə zərər verdiyini və bunun "antidemokratik seçkilər" səbəbindən tətbiq olunduğunu bildirib, çünki Zelenski öz ölkəsində seçkiləri tamamilə ləğv edib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin