Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
17:41 - 5 Dekabr 2024
Polşa ölkədəki bütün Rusiya konsulluqlarını bağlayacağını bəyan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Polşa Xarici İşlər Naziri Radoslav Sikorski bildirib ki, əgər Rusiya tərəfindən "terror və diversiya aktları" davam edərsə, Polşa bütün Rusiya konsulluqlarını bağlayacaq.
Sikorski, artıq Poznanydakı Rusiya konsulluğuna icazənin geri alındığını və orada çalışan diplomatların Polşada "arzuolunmaz şəxslər" kimi qəbul edildiyini də açıqlayıb.
Bundan əlavə, Polşada hal-hazırda Krakov və Gdansk şəhərlərində Rusiya konsulluqları fəaliyyət göstərməkdədir, həmçinin Varşavada Rusiya konsulluq bölməsi mövcuddur.
Polşa oktyabr ayında Poznanydakı Rusiya konsulluğunu bağlamış və diplomatik missiyanın işçilərinin Polşadan çıxarılacağını bildirmişdi. Rusiyanın isə buna cavab olaraq Sankt-Peterburq şəhərindəki Polşa baş konsulluğunu bağlayacağı açıqlanıb.
Rusiya Polşaya qarşı hər hansı düşmənçilik addımlarına sərt cavab verəcəyini bəyan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin