Rusiya və Belarus arasında müqavilə imzalanacaq

17:08 - 5 Dekabr 2024

Rusiya və Belarus arasında müqavilə imzalanacaq
Sabah Minskə gedəcək Rusiya lideri Putin yenilənmiş nüvə doktrinasında şəxsən adı keçən Belarusla təhlükəsizlik zəmanəti müqaviləsi imzalamaq qərarına gəlib.
 
 

Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Rusiyanın müdafiə naziri Andrey Belousov oktyabrın sonunda verdiyi açıqlamada Moskva və Minskin sözügedən sazişə hazırlığı başa çatdırmaq üzrə olduğunu bildirib. Rusiya lideri Putin “Rusiya Federasiyasının nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” adlı sənədi yeniləyib. Putinin imzaladığı yeni doktrinada potensial düşmənləri Rusiya və onun müttəfiqlərinə hücumdan çəkindirmək ən yüksək dövlət prioritetləri arasında yer alırdı və sənəddə əslində Belarusun adı çəkilirdi.

Doktrinaya görə, hərbi koalisiyaya daxil olan hər hansı ölkənin Rusiyaya və onun müttəfiqlərinə qarşı hücumu bütövlükdə koalisiyanın hücumu hesab olunacaq. 

Bundan əlavə, qeyri-nüvə dövlətinin Rusiyaya və onun müttəfiqlərinə qarşı nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə hər hansı bir hücumu Rusiya Federasiyasına

qarşı birgə hücum hesab ediləcək.

Qeyd edək ki, Rusiya özünə və ya müttəfiqlərinə qarşı kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin