Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
15:08 - 5 Dekabr 2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Manset.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında əməkdaşlıq perspektivləri, növbəti il Finlandiyanın ATƏT-ə sədrliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın COP29 sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində əldə edilmiş tarixi əhəmiyyətli razılıqları, ölkənin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində səyləri diqqətə çatdırıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə ətraflı məlumatlandırılıb.
Sülh müqaviləsinin bir çox müddəalarının artıq razılaşdırılmasına, habelə sərhədlərin delimitasiyası üzrə irəliləyişlərin mövcudluğuna baxmayaraq, Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə törətdiyi bildirilib.
Ceyhun Bayramov, həmçinin Finlandiyaya qarşıdan gələn ildə ATƏT-ə sədrliyi dövründə uğurlar arzu edib, təşkilatın funksionallığı və effektivliyinin artırılması istiqamətində səyləri dəstəkləməyə hər zaman hazır olduğumuzu qeyd edib. Bu baxımdan, xüsusilə ATƏT-in keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin qalığı olan təsisatlarının artıq aktuallığını itirməsi baxımından ləğvinin Təşkilatın fəaliyyətinin səmərəliliyi istiqamətində əhəmiyyəti qeyd olunub.
Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər regional mövzular ətrafında fikir mübadiləsi
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin