AZAL prezidentindən dron iddiasına REAKSİYA
26 Dekabr 2024
14:55 - 5 Dekabr 2024
Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinin 20 nümayəndəsinə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Manset.az bu barədə Gürcüstan KİV mənbələrə istinadən xəbər verir.
Sanksiya siyahısına hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, daxili işlər naziri Vaxtanq Qomelauri və başqaları daxil olub.
Siyahıya Baş nazirin atası, 90-cı illərdə Gürcüstan parlamenti sədrinin müavini vəzifəsində çalışmış Giorgi Kobaxidze də daxil idi.
Zelenski Qərb tərəfdaşlarını da gürcü liderlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb, çünki onun sözlərinə görə, “bu regionda heç kimi itirmək mümkün deyil – nə Gürcüstan, nə Moldova, nə də Ukrayna”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin