Ukrayna Gürcüstana qarşı sanksiyalar tətbiq etdi

14:55 - 5 Dekabr 2024

Ukrayna Gürcüstana qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətinin 20 nümayəndəsinə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

 

Manset.az bu barədə Gürcüstan KİV mənbələrə istinadən xəbər verir.

Sanksiya siyahısına hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, daxili işlər naziri Vaxtanq Qomelauri və başqaları daxil olub.

Siyahıya Baş nazirin atası, 90-cı illərdə Gürcüstan parlamenti sədrinin müavini vəzifəsində çalışmış Giorgi Kobaxidze də daxil idi.

Zelenski Qərb tərəfdaşlarını da gürcü liderlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb, çünki onun sözlərinə görə, “bu regionda heç kimi itirmək mümkün deyil – nə Gürcüstan, nə Moldova, nə də Ukrayna”.

 

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin