Soydaşımız erməni rəqibinə qalib gələrək 1-ci yerə çıxdı - FOTOLAR

18:34 - 4 Dekabr 2024

Soydaşımız erməni rəqibinə qalib gələrək 1-ci yerə çıxdı - FOTOLAR

Gürcüstanın Kutaisi şəhərində Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş, 15 və 17 yaşlılar arası yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, turnirdə Gürcüstanın regionları ilə yanaşı Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan 400-dən çox idmançı iştirak edib.

Yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə Ermənistandan olan rəqibini 9:0 hesabı ilə vaxtından əvvəl məğlub edərək 1-ci yerə layiq görülüb.



Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin