Uşaqlar üzərində bu funksiyaları həyata keçirəcək orqan müəyyənləşdi

18:09 - 4 Dekabr 2024

Uşaqlar üzərində bu funksiyaları həyata keçirəcək orqan müəyyənləşdi

Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.

 

Manset.az xəbər verir ki, bu, Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin