Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
5 Dekabr 2024
17:35 - 4 Dekabr 2024
Adilə Nəzərin şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr etdiyi “Axirətdən gələn səs” pyesi əsasında İftixar Piriyevin qeyri-səlis təbəddülat janrında hazırladığı “SƏS” qəhrəmanlıq dramının premyerası keçirilib.
Manset.az xəbər verir ki, İrəvan Azərbaycan Dövlət Dram Teatrının hazırladığı tamaşa Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim olunub.
Tamaşada Səmayə Nəbiyeva, Samir Əliyev, Pərvin Dadaşova , Əməkdar artist Esmiralda Şahbazova ,Niyaməddin Səfərəliyeva, Ramil Məmmədov, Zəki Fətəliyev və başqaları rol alıb.
Tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.
Vətənpərvərliyin, qəhrəmanlığın və şəhidlərimizin əziz xatirəsini təcəssüm etdirən tamaşa böyük maraqla izlənilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin