Türkiyə planı: Azərbaycanlıların yeni dövləti yaranır? – XƏRİTƏ
5 Dekabr 2024
16:56 - 4 Dekabr 2024
Noyabrın 27-də Namibiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, 34 ildir hakimiyyətdə olan Cənubi Qərbi Afrika Xalq Təşkilatının (SWAPO) namizədi Nandi-Ndaitva ölkənin ilk qadın prezidenti seçilib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Nandi-Ndaitvanın ən yaxın rəqibi, Dəyişiklik Uğrunda Müstəqil Vətənpərvərlər (IPC) partiyasının namizədi Panduleni Itula 26 faiz, əsas müxalifət partiyası olan Xalq Demokratik Hərəkatının (PDM) namizədi MakHenri Venaani isə 5 faiz səs toplayıb.
Namibiya Seçki Komissiyasının (NEC) məlumatına görə, SWAPO-nun namizədi Nandi-Ndaitva 57,6 faiz səs toplayıb.
Beləliklə, hazırkı vitse-prezident Nandi-Ndaitvah Namibiyanın ilk qadın prezidenti oldu.
Müxalifət partiyaları seçkinin təkrar keçirilməsini tələb etsə də, MNTK maliyyə çətinliyi səbəbindən seçkinin təkrarının mümkün olmadığını açıqlayıb.
Cənubi Afrika İnkişaf Birliyinin (SADC) Seçki Komissiyaları Forumu tərəfindən edilən açıqlamada, seçici qeydiyyatı problemləri, səslərin hesablanmasında gecikmələr və seçki qutusuna girişin məhdudlaşdırılması kimi problemlərə baxmayaraq ümumi seçkinin dinc şəraitdə keçirildiyi bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin