Vüqar Həşimovun valideynlərinin SON VƏZİYYƏTİ

13:20 - 4 Dekabr 2024

Vüqar Həşimovun valideynlərinin SON VƏZİYYƏTİ

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun valideynlərinin son durumu bəlli olub.

 

Manset.az İdmam.biz-ə istinadən xəbər verir ki, bu barədə mərhum qrosmeysterin bacısı Samirə Allahverdiyeva bildirib.

O qeyd edib ki, valideynləri hələlik reanimasiyadadırlar:

"Atam müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirir. Hələlik əməliyyat olunmayacaq. Bunun həkim nəzarətində müəyyən mərhələlərdən keçdikdən sonra reallaşması gözlənilir. Lakin anam sabah əməliyyat ediləcək. O, "Yeni Klinika"da müalicə alır. Özləri ilə danışmışıq. Hər ikisinin vəziyyəti hazırda orta ağırdır".

Qeyd edək ki, Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin