Emin Əmrullayevdən sertifikasiya ilə bağlı mühüm AÇIQLAMA

12:44 - 4 Dekabr 2024

Emin Əmrullayevdən sertifikasiya ilə bağlı mühüm AÇIQLAMA

Məktəbəqədər təhsildə ən vacib məsələlərdən biri bu sahədə olan mütəxəssislərin hazırlığıdır.

 

Manset.az xəbər verir ki, bu fikirləri  Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" II Beynəlxalq Konfransda çıxışı zamanı söyləyib.

"Biz ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirdik. Məqsədimiz 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəlcə diaqnostika, sonra isə sertifikasiya prosesini tətbiq etməkdir. Hazırda diaqnostik mərhələni başa çatdırmışıq və növbəti illərdə məktəbəqədər təhsil müəssisələrinin sertifikasiyaya cəlb edilməsi planlaşdırılır".

Nazir əlavə edib ki, bu prosesin əmək haqqı sisteminə də müəyyən təsir göstərəcəyi gözlənilir:

"Hazırda bununla bağlı konkret qaydalar olmasa da, gələcəkdə oxşar məntiqin məktəbəqədər təhsildə də tətbiq ediləcəyini düşünürük".


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin