Azərbaycanın tanınmış eksperti həbs edildi
25 Noyabr 2024
10:24 - 15 Noyabr 2021
Şirvan şəhərində 1986-cı il təvəllüdü Sahib Nağıyev ailə münaqişəsi zəminində arvadı, 1984-cü il təvəllüdlü Pərvanə Nağıyevanı öldürüb.
Manset.az demokrat.az-a istinadən xəbər verir ki, Sahib 2008-ci ildən rəsmi nikahda olduğu Pərvanə ı və ailə üzvləri ilə məskunlaşdığı Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən “Hacı Camalxan” kəndli fermer təsərrüfatının çörək sexinin inzibati binasında yaşayıb.
O, 2018-ci ildən hadisə baş verən günə qədər arvadı Pərvanəyə qarşı diqqətsizlik, saymazyana hərəkətlər etdiyindən sonuncunun isə onu qısqandığından, həmçinin onun anasına verilmiş şəhərin Fətəli Xan Xoyski küçəsində yerləşən “Qaçqın və məcburi köçkünlərin” yaşayış kompleksində olan mənzilə köçürtmək barədə xahişlərinə məhəl qoymadığı üçün, xasiyyətlərinin düz gəlməməsi səbəbindən aralarında ailə məişət münasibətləri zəminində daimi mübahisə və dava-dalaşları olub.
Sahib 25 fevral 2020-ci ildə, günorta saatlarında Pərvanə ilə yenidən eyni səbəbdən aralarında baş vermiş ailə-məişət münaqişəsi zəminində mübahisə düşdüyündən, o anasına məxsus “Qaçqın və məcburi köçkünlərin” yaşayış kompleksində olan mənzilə gedərək orada gecələyib.
Sahib fevralın 26-da, saat 17 radələrində evlərinə qayıtdıqda arvadı Pərvanə ondan evdə gecələməməsinin səbəbi ilə maraqlanıb. Yenidən aralarında mübahisə yaranıb.
Sahib sakitləşmək məqsədilə həyətdə oturub, spirtli içki araq qəbul etdikdən sonra gəzişməyə başlayıb. Pərvanənin yenidən qışqırıq səslərini eşitdikdə nə baş verməsini öyrənmək məqsədilə evə gələn zaman anası Gülizar qapının önündə ona Pərvanə Nağıyevanın əsəbi olmasını bildirib, sakitləşdirməsini xahiş edib.
Sahib mənzilə daxil olduqdan sonra Pərvanənin yenə onunla mübahisə etmək istəməsini görüb. O, həmin otaqda olan az yaşlı övladlarının bunun şahidi olmaması üçün Pərvanəni evin ikinci mərtəbəsində yerləşən yataq otağına aparıb.
Orada ona iradlarını bildirib. Pərvanə onun sözlərinə məhəl qoymayaraq öz bildiyi kimi yaşayacağını, atasını çağıraraq ondan boşanacağını, dövlət tərəfindən anasına verilmiş evə köçəcəyini, aliment alaraq rahat yaşayacağını qışqıraraq bildirib.
Bu zaman aralarında növbəti dəfə baş vermiş gərgin ailə-məişət münaqişəsi zəminində Sahib əsəblərini cilovlaya bilməyərək spirtli içkinin təsiri altında Pərvanəni öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Pərvanəni çarpayıya yıxıb, hər iki əli ilə onu boğmağa başlayıb. Pərvanə əvvəl çırpınaraq ona müqavimət göstərmək istəsə də o, öz hərəkətlərini davam etdirib, sonuncunun boğaz nahiyəsindən daha da möhkəm sıxıb. Pərvanə boğulma nəticəsində ölüb.
İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası Bəsirə ifadəsində göstərib ki, qızı Pərvanə ailəsinə bağlı bir qadın olub, uşaqlarını xüsusi tərbiyə ilə böyüdüb: “Sahib Pərvanəni çox qısqanıb, evdən kənara getməsinə, toy və ya yas mərasimlərində iştirakına icazə verməyib. Əmək haqqı aldıqda uşaqları apararaq mövsümi paltarlar alsa da, Pərvanəyə heç vaxt paltar almayıb. Bir dəfə Pərvanə ona yeni verilən mənzildə təmizlik işləri aparan zaman oradan qadın tükü tapdığını, Sahibin hansısa qadınla münasibətinin olduğunu demişdi”.
Hüquqi varisin sözlərinə görə, bundan başqa Sahibin evə gec gəldiyini, bəzi gecələr ümumiyyətlə gəlmədiyini, ona qadın gözü ilə baxmadığını bildirib: “Gecə saatlarında polis əməkdaşları mənə qızım Pərvanənin öldürüldüyünü dedilər. Hazırkı işlə əlaqədar olaraq təqsirləndirilən şəxs Sahib Nağıyevə verilən ittihamla heç cür razılaşa bilmirəm. Hadisə vaxtı evdə olmuş nəvələrim Möhsüm və İdris hadisədən sonra mənə bildirdilər ki, ataları Sahib anaları Pərvanəni zorla sürüyə-sürüyə həmin otağa aparıb, onunla mübahisə edərək dalaşıb, daha sonra çarpayıda uzadaraq onu boğmağa başlayıb, anaları Pərvanə onu öldürməməsi üçün yalvarıb, aman diləyiblər. Eyni zamanda nəvələrim həmin vaxt qapı aralı olduğu üçün onlar da atalarına ağlayaraq analarını öldürməməsi üçün yalvarıblar. Lakin Sahib hirslə gələrək onları aşağı düşürdüb, qapını itələyərək bağlayıb, yenidən həmin otağa qalxıb. Onlar yenidən nənələri Gülzarın da göstərişi ilə həmin otağın qapısını açmaq istəyib, lakin qapı bağlı olduğundan çöldən atalarına ağlayaraq, qışqıraraq analarını öldürməməsi üçün yalvarıblar. Daha sonra ataları Sahib əynində mayka və tumanla aşağıya düşüb, mətbəxdən bıçaq götürərək həmin otağa qayıdıb, anaları Pərvanənin boğazını kəsib”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, tərəflər Zəngilan rayonu, Mincivan qəsəbəsinin sakinləridir.
Xatırladaq ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatı mərhum nazir Yavər Camalovun qohumlarına məxsusdur.
Sabiq nazir Yavər Camalov 2018-ci il iyunun 23-də vəfat edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin