Həkim Emil Hüseynov vəfat etdi - FOTO
4 Dekabr 2024
20:55 - 3 Dekabr 2024
2024-cü ilin yanvar-sentyabr ayları ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.
Bu barədə Manset.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Qeyd edilib ki, manatın məzənnəsi Türk lirəsinə qarşı 17.1%, Ukrayna qrivnasına qarşı 11.2%, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlib. Hesabat dövrü ərzində manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşıb. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına təsir etmişdir. Ümumilikdə, 2024-cü ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb.
Bildirilib ki, Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin