Suriya ordusu Həmada əks hücuma hazırlaşır

16:11 - 3 Dekabr 2024

Suriya ordusu Həmada əks hücuma hazırlaşır

Suriya ordusunun bölmələri Həma vilayətinin şimalında müdafiəni gücləndirir və yaraqlılara qarşı əks-hücum hazırlayır.

 

Manset.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda Xəttab ərazisində şiddətli toqquşmalar gedir.

Noyabrın 27-də səhər saatlarında “Cəbhət ən-Nusra” qruplaşmasının bölmələri (hərəkat Rusiya Federasiyasında terrorçu kimi tanınıb, fəaliyyəti qadağandır) Suriyanın şimalında genişmiqyaslı hücuma başlayıb. Terrorçular kəndləri, şəhərləri və hərbi obyektləri ələ keçirməyə cəhd edib, hökumət mövqelərinə hücum ediblər.

Artıq noyabrın 30-da Suriya silahlı qüvvələrinin komandanlığı Hələb şəhərində silahlıların mövqelərinə hücumlar barədə məlumat verib. Suriya ordusu hərbçilərin və mülki şəxslərin həyatını xilas etmək üçün qüvvələrini yenidən qruplaşdırıb.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin