Prezident Mövlud Çavuşoğlunu qəbul etdi
4 Dekabr 2024
15:49 - 3 Dekabr 2024
NATO xarici işlər nazirlərinin Brüssel görüşündə müzakirə edəcəkləri mövzular arasında Rusiyanın orta mənzilli “Oreşnik” raketinin Ukraynanın Dnepr şəhərindəki müdafiə sənayesi obyektinə endirilməsi də olacaq.
Manset.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.
Rutte əlavə edib ki, blok ölkələrinin xarici işlər nazirləri dekabrın 3-4-də keçiriləcək görüşdə Moskva ilə təklif olunan danışıqlara “mümkün olan ən yaxşı mövqelərdən” hazırlaşmaq üçün Kiyevə yardımın gücləndirilməsini müzakirə edəcəklər.
O, nazirlərin görüşü çərçivəsində Ukrayna-NATO Şurasının iclasının keçiriləcəyini təsdiqləyib.
Baş katib onu da əlavə edib ki, Ukraynanın sülh prosesinin necə görünə biləcəyi ilə bağlı əlavə təkliflərə ehtiyacı yoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin