Prezident Mövlud Çavuşoğlunu qəbul etdi
4 Dekabr 2024
15:43 - 3 Dekabr 2024
İranın xarici işlər naziri Abbas Araqçi İran, Rusiya və Türkiyə arasında Astana prosesinin davam etdirilməli olduğunu bəyan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“7-8 dekabr tarixlərində Dohada İran, Türkiyə və Rusiya xarici işlər nazirləri səviyyəsində Astana Sammitini keçirəcəyik”, - o bildirib.
İranın xarici işlər naziri Abbas Araqçi Dəməşq və Ankaradakı təmaslarından sonra dövlət televiziyasına mühüm açıqlamalar verib. Suriyadakı son hadisələrin müzakirə edildiyi səfərlərdən sonra açıqlama verən Araqçi, “Suriyaya səfərim zamanı başda Hələbə qarşı törədilən terror aktları başda olmaqla son hadisələri ətraflı müzakirə etdik.
Prezident Əsəd Tehranın Suriya ordusu və dövlətinə qəti və birmənalı dəstək mesajını çatdırdım. Biz Suriya dövlətinin Səddam dövründə İraq müharibəsi zamanı yanımızda olduğu kimi, bu gün də Suriya dövlətinin yanında olacağıq", deyə bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin