SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
4 Dekabr 2024
15:38 - 3 Dekabr 2024
ABŞ və Almaniya Rusiya ilə gərginliyin artması qorxusuna görə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıblar.
Manset.az xəbər verir ki, bu barədə "The Wall Street Jornal" məlumat verib.
Məlumata görə, Kiyev Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərindən Ukraynanın ona dəvət edilməsi ilə bağlı tövsiyələr almaqda israrlıdır.
Qəzet yazır: “Vaşinqton, Berlin və digər şəhərlərin rəsmiləri Ukraynanın alyansa yaxınlaşmasının Qərbin Moskva ilə qarşıdurmasını daha da gücləndirə biləcəyindən narahatdırlar”.
Daha əvvəl Reuters diplomatlara istinadən xəbər vermişdi ki, NATO Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Şimali Atlantika Alyansına dəvət çağırışına məhəl qoymayacaq. Agentlik mənbələrinin məlumatına görə, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında təşkilatın 32 üzvünün bu məsələdə konsensus əldə etdiyinə dair heç bir işarə yox idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin