Vüqar Həşimovun valideynlərinin son vəziyyəti açıqlandı

10:06 - 3 Dekabr 2024

Vüqar Həşimovun valideynlərinin son vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində partlayış olub.

 

Sumqayıt Tibb Mərkəzindən Manset.az-a bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə 03.12.2014-cü il tarixində saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun atası Qasım Həşimov, anası Aida Həşimovadır.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin